Deputat Milli Məclisin sədrindən və xalqdan ÜZR İSTƏDİ

12:55 | 23.11.2021
Deputat Milli Məclisin sədrindən və xalqdan ÜZR İSTƏDİ

Deputat Milli Məclisin sədrindən və xalqdan ÜZR İSTƏDİ

Deputat Tahir Kərimli parlametin  keçən dəfəki iclasında  Milli Məclisin avtomobil parkının yenilənməsi ilə bağlı çıxışına görə spiker Sahibə Qafarovadan və xalqdan üzr istəyib.
 
Deputatın sözlərinə görə, o çıxışında yanlış məlumatlardan istifadə edib:

"Milli Məclisin müvafiq sənədləri araşdıranda gördüm ki , yanlış məlumatlara əsaslanıb çıxış etmişəm.  Məsələ, məlum oldu ki, nəinki bəzi işçilərin əmək haqları kəsilməyib, əksinə, onlar üçün biliklərini artırmaq və daha da yüksək maaş almaq məqsədilə dövlət hesabına xüsusi kurslar təşkil olunub. Daha sonra sənədlərdən aydın ki, oldu Milli Məclisdə xeyli sayda çoxdan işləyən təcrübəli insanlar  yüksək vəzifələrə layiq görülüb, ekspert, müşavir vəzifələrinə  təyin olunublar.

Bir neçə 100 adama  COVID-19 ilə bağlı birdəfəlik 500 manat yardım  olunub. Bütün bunlarla yanaşı Milli Məclis qənaətlə işləyib. Milli Məclisin rəhbərliyinin də ölkəmizin nüfuzunun qaldırılması istiqamətində işləri, beynəlxalq fəaliyyəti göz qabağındadır. Sədrimiz müxtəlif ölkələrdə fərqli dillərdə çıxışlar edərək Azərbaycanı layiqincə təmsil edib. Bu hadisələrə şəxsən şahid olmuşam.  Bütün bu saydıqlarımdan yola çıxaraq dönə-dönə Milli Məclis sədrindən və xalqdan üzr istəyirəm. Qarabağda tikililər gedən bir vaxtda Milli Məclisdə mənzil məsələsini qaldırmağım düzgün olmadığını bildirdi. Dedikləri haqlı idi.  Haqlı olaraq da kəskin şəkildə deputatlar və fəal ictimaiyyət də məni qınadı. Yanlışlığa yol vermişəm. Mən hesab edirəm ki, cəzamız qınaqlarla verilib.  Elə bilirdim ki, indiki vəziyyətdə ehtiyacı olan Milli Məclisin üzvlərinə də mənzil verilə bilər. Amma yenə deyirəm ki, yanlış idi”, - deyə deputat əlavə etdi. 

Tahir Kərimli sözügedən məsələdə mətbuatın münasibəti doğru hesab etmədiyini bildirdi:
 
"Milli Məclisdə büdcə müzakirə olunarkən digər məsələlər də müzakirə edilə bilər.  Bir müxalifət lideri  bütün deputatları aşağıladı. Guya hər biri 200-300 minlik avtomobil istəyir. Səhv məlumat verməklə deputatlara nifrət aşıladı. Mən maşından söhbət etmişəm. Amma sadəcə olaraq bildirmişəm ki, protokol qaydasına uyğun olaraq cəmi bir maşını xarici qonaqlar görə bilər, onların yaxşı maşınlar olmasını dedim. İctimai qınaq sağ olsun ki, cəzamızı verdi, Xahiş edirəm, üzrxahılığımı qəbul edin " - deyə millət vəkili əlavə etdi. 

Spiker Sahibə Qafarova isə deputata gələn dəfə yanlış, təsdiqini tapmayan məlumatlarla Milli Məclisdə diskussiya aparmamağı təklif edib.
 
Deputat Tahir Kərimli noyabrın 17-də "Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında Milli Məclisin işçilərinə yaşayış binası ayrılmasına kömək edilməli olduğunu demişdi. 

"Parlamentdə uzun illər işləyən gənclər var. Mən deputatları demirəm. Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif edirəm. Bu yaxınlarda təsadüfən bir nəfər rəhbər şəxsin maşınında oldum. Mənim partiya sədri kimi 14 illik maşınım onun maşınından yaxşıdır. Bu, dövlətin ali qurumudur. Bura yaxşı maşınlar verilsin, bina tikilsin”, – deyə Tahir Kərimli deyib.

Sahibə Qafarova Tahir Kərimliyə irad olaraq bildirib ki, Milli Məclis rəhbərliyinin heç bir narazılığı yoxdur.

"Siz niyə narahatsınız ki?! Hər şey öz yerində olacaq. Keçən il müharibə ili oldu. Bu il zəfər ilidir. Tahir müəllimin söhbəti yiyəsi olmayan məsələyə gedib çıxdı. Ona görə onun söhbətinə əsəbiləşdim, əsəbimi də gizlətmək istəmirəm. Parlamentin yiyəsi də var, heç bu söz parlamentə yaraşmır da. Mən demişəm, yenə deyirəm, parlamentin yiyəsi Azərbaycan xalqıdır. Qaldı ki, ev məsələsinə. Qarabağda bu gün 1 milyon qaçqın-məcburi köçkün var. Qaçqınlar hara gedəcək? Onları yerləşdirək, sonra danışarıq”, – deyə sədr bildirib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM