Milli Məclisin deputatı Aydın Mirzəzadə bir neçə gün əvvəl Mingəçevir Mərkəzi Xəstəxanasında doğuş zamanı komaya düşən və eyni zamanda körpəsini itirən anaya baş çəkib.
ANN.Az-ın məlumatına görə, "facebook" səhifəsində bu barədə paylaşan millət vəkili paytaxtdan xüsusi olaraq xəstə üçün göndərilən həkimlə də danışıb:
"Yanvarın 4-5-də Mingəçevirdə Doğum evində oldum, Esmira Ocaqverdiyevanın səhhəti və müalicəsi ilə maraqlandım. Baş həkim, reanematolq, anestezoloqla görüşdüm. Görüşdə Bakıdan xüsusi olaraq xəstə üçün gəlmiş reanematoloqu və şəhər xəstəxanasının baş həkiminin müavini də iştirak edirdi.
Xəstəyə baş çəkdik, onun vəziyyəti ilə yerində tanış olduq. Əslində görüşdüyüm insanların son on gündə bütün fəaliyyətləri demək olar ki, E.Ocaqverdiyeva ilə ilə bağlıdır. Doğum evinin baş həkimi ilk iki günü bütün günü xəstənin palatasında olub, hətta gecə də orada qalıb".
Xəstənin vəziyyətinin stabilləşdiyini qeyd edən A. Mirzəzadə bildirib ki, onun daxili orqanları işləyir, adını çağıranda gözünü açır, qanında oksigenin səviyyəsi normaya yaxınlaşır. Doğuş zamanı o həyatını itirməyə çox yaxın idi".
"Bakıdan gələn reanematolq yerli həkimlərlə birgə görülən işlərdən danışdı, xəstənin vəziyyətinin günü-gündən yaxşlaşdığını bildirdi. Həkim otağında söhbətdə xəstənin tez ayılması və sağalması üçün görüləcək işlərdən, Mingəçevir xəstəxanasında aparılan təmirdən sonra səhiyyənin şəraitinin yaxşlaşacağından danışıldı" -deyə millət vəkili bildirib.
Xəstənin qohumları ilə görüşən A. Mirzəzadə onlara situasiya barədə danışıb, onları dinləyib və qaldırdıqları problemin həlli ilə məşğul olacağını bildirib.
ANN.Az