Deputat Xəzərdə adalar yaradan sahibkarlara güzəştlər edilməsini təklif edir- VIDEO

12:25 | 23.04.2024
Deputat Xəzərdə adalar yaradan sahibkarlara güzəştlər edilməsini təklif edir- VIDEO

Deputat Xəzərdə adalar yaradan sahibkarlara güzəştlər edilməsini təklif edir- VIDEO

Süni torpaq sahələrinin yaradılması haqqında yeni qanunda investorlara güzəştlərin olunmasına ehtiyac var. Bunu deputat Siyavuş Novruzov deyib.
 
"Bu layihələr böyük məbləğdə vəsait tələb edir. İnvestorların cəlb olunması hansı formada olacaq? Güzəştlər nəzərdə tutulubmu? Dünyanın bir çox yerlərində dəniz və okeanlar hərbi stateji məqsədlər üçün istifadə olunur. Bizdə buna gələcəkdə ehtiyac duyula bilərmi?, - deputat aprelin 23-də Milli Məclisdə "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanuna münasibət bildirərkən söyləyib. 
 
Deputat Nurlan Həsənli bildirib ki, bu qanun iqtisadiyyatın inkişafına yönəlmiş qanundur və daha çox turizm maraqlarına xidmət edəcək. 
 
Deputat Tahir Mirkişi də vurğulayıb ki, bu qanun ərazidə mülkiyyətin tikilməsi üçün nəzərdə tutulub. Gələcəkdə ehtiyac olarsa həmin sahibkarların vergilərdən azad olunması üçün məsələlərə baxıla bilər. 
 
 
Gülnar Nazimqızı 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb