Deputat: “Xüsusi təyinatlıların hücumunu hazırlamalıyıq”

16:56 | 04.08.2014
Deputat: “Xüsusi təyinatlıların hücumunu hazırlamalıyıq”

Deputat: “Xüsusi təyinatlıların hücumunu hazırlamalıyıq”

“Qoşunlarımızdan dərhal hücum gözləməyimiz düz deyil”.
 
ANN.Az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Rasim Musabəyov öz Feysbuk səhifəsində çıxış edib.
 
O, Azərbaycanın fəallığının Qarabağ məsələsinin yenidən beynəlxalq gündəmdə aktivləşməsinə səbəb olacağını bildirib:
 
“Azərbaycan tərəfinin cəbhə bölgəsində fəallığı Qarabağ münaqişəsinin beynəlxalq gündəmdə aktual qalması üçün lazımdır. Bu baxımdan məqsədə nail olundu. Lakin genişmiqyaslı hərbi əməliyyatları emosiya altında başlamaq olmaz. Erməni tərəfini və havadarlarını gərginlikdə saxlamaq, onları gözləmədiyi halda vurmaq lazımdır. Cəzalandırmaq məsələsi də eyni cür. Hal-hazırda ermənilər son dərəcə hazırlıqlıdırlar və bizim kəşfiyyat qruplarımızı onların üstünə göndərməyimiz ehtiyatsızlıq ola bilər. Hesab edirəm ki, Hərbi Qüvvələrin təcrübəli xüsusi təyinatlı dəstəsinin hücumunu hazırlamaqla biz ermənilərə işğal etdikləri ərazilərimizdə rahat oturmağın mümkün olmayacağını dərk etdirəcəyik”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM