Azərbaycan
Milli Məclisinin deputatı Elşad Həsənov paytaxtın Yasamal rayonundakı 31 saylı
orta məktəbin müəllim-şagird kollektivi ilə
görüş keçirib. Bakının 17 saylı Yasamal 3-cü seçki dairəsini təmsil edən
millət vəkili Elşad Həsənov 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə
uşaqları təbrik edib və onlara uğurlar arzu edib.
Milli Məclisin Elm və
Təhsil komitəsinin üzvü olan Elşad Həsənov son illər təhsil sahəsində aparılan
islahatlar barədə məlumat verib. Milli Məclis üzvü bildirib ki, ölkə rəhbərliyinin
dəstəyi ilə Təhsil Nazirliyinin həyata keçirdiyi islahatlar təhsilin keyfiyyətini
yüksəltmək məqsədi daşıyır. Millət vəkili vurğuladı ki, dünyanın qabaqcıl təhsil təcrübəsinin Azərbaycanda tətbiqi, müəllimlərin
peşəkarlıq səviyyəsinin artırılması, gənc nəslin müstəqil həyata hazırlanması təhsil
sisteminin qarşısında duran əsas vəzifələrdəndir.
Yasamal rayon orta məktəblərinə səfəri çərçivısində Elşad Həsənov 60
saylı məktəbə də baş çəkib. Millət vəkili yeniyetmə və gənclərin savadlı yetişməsində
pedaqoji kadrların rolunu xüsusi
vurğulayaraq qeyd edib ki, bu sahədə köklü islahatlar aparılır. Öz
növbəsində məktəb rəhbərliyi təhsilin vəziyyəti, qarşıda duran məqsədlər
haqqında məlumat verib.
Millət vəkili
bildirib ki, görüşdə qaldırılmış məsələlərin həlli onun şəxsi nəzarətində
olacaq və müvafiq hakimiyyət orqanları ilə birgə həlli istiqamətində səy göstəriləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !