Deputat yerli telekanalları cəmiyyəti məişət zorakılığına sövq etmədə qınayıb - Video

14:13 | 01.02.2024
Deputat yerli telekanalları cəmiyyəti  məişət zorakılığına sövq etmədə qınayıb - Video

Deputat yerli telekanalları cəmiyyəti məişət zorakılığına sövq etmədə qınayıb - Video

Azərbaycan telekanallarında yayımlanan proqramlar ölkədə məişət zorakılığının artmasına səbəb olur.  Bunu deputat Aqil Abbas deyib.

"Azərbaycan kanallarında məişət zorakılığını təbliğ edəcək yetərincə proqramlar var. Hamısı da reytinq xətrinə hazırlanır. Təbliğat çox ciddi məsələdir. Bu cür məsələlərlə bağlı televiziyalara çıxmaq adiləşib. Biri baxır, digəri də deyir mən də edim. Bunun qarşısını nə Milli Məclis, nə də Prezident Admistrasiyası ala bilmir. Avropa da Azərbaycan xalqının əxlaqını pozmaq üçün pul buraxır”, - deputat fevralın 1-də "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.
 
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatıma görə,  Azərbaycanda məişət zorakılığı zəminində 2020-ci ildə 1300, 2021-ci ildə - 1536, 2022-ci ildə 1475 cinayət işi qeydə alınıb. 
 
Məişə zorakılığına məruz qalanlar arasında qadınlar çoxluq təşkil edib. 2020-ci ildə 987, 2021-ci ildə 1205, 2022-ci ildə 1196 qadın məişət zorakılığı ilə üzləşib. 
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti