Deputat nazirə səsləndi: "Müdafiə naziri, hospitala bir özün də get, özünü müalicə elətdir”

11:47 | 02.04.2021
Deputat nazirə səsləndi:

Deputat nazirə səsləndi: "Müdafiə naziri, hospitala bir özün də get, özünü müalicə elətdir”

 "Tez-tez mətbuatda qazilərimizin ciddi və düzgün şikayətlərini eşidirik. Bizim Müdafiə Nazirliyinin Hospitalının işi ürəkaçan deyil. Qazilər rayondan bura gəlirlər, onlara bir resept yazırlar ki, get özün al”.
 
Anews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bəzi qazilər orduran hələ də təxris edilməyib:

"Guya ki, onların təzədən gözü bitəcək. Daxili İşlər Nazirliyinin Hospitalı var. Onların əməkdaşları oradakı xidmətdən yüksək səviyyədə yararlanır. Niyə Müdafiə Nazirliyinin Hospitalı qazilərin müalicəsilə məşğul olmur? Niyə onlara pulsuz dərmanlar vermir? YAŞAT Fondu sağ olsun, bizim qazilərimizi xaricə müalicəyə göndərir. Xahiş edirəm, müdafiə naziri, hospitala bir özün də get, özünü müalicə elətdir”.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb