"Biz əvvəllər xaricə gedəndə ailə üzvlərimizi də aparıb xidmətlərdən istifadə edə bilirdik. Bizimlə bərabər ailə üzvlərimiz də bu xidmətdən yararlana bilirdi. İndi biz getməyəndə ailə üzvlərimiz bu xitmətləri ala bilmir. Dünyanın hər yerində bu praktika var. Bu nə deməkdir ki, özün gedirsənsə olar, getmirsənsə ailə üzvün istifadə edə bilməz. Bu məsələ aiddiyatı orqanlar qarşısında qaldırılmalıdır”, - deputat Milli Məclisin 2024-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat vurğulayıb ki, 3 otaqlı pansionat ondan biznesmen pulu alırlar.
"Məndən biznesmen müqaviləsi ilə pul alırlar. Nazirlər Kabinetinin işçiləri normal qiymətə qalır. Bizdən 2-3 dəfə artıq pul alırlar. Niyə? Millət vəkilinin statusu aşağı salına bilməz. Deputat ən ağır yükü dayışır. Xalqın içində olub həmişə. Bu məsələni diqqətdə saxlamağı vacib hesab edirəm”, - o qeyd edib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !