Deputatın avtomobili evinin qarşısında yandı

21:07 | 23.04.2017
Deputatın avtomobili evinin qarşısında yandı

Deputatın avtomobili evinin qarşısında yandı

Aprelin 22-də Gürcüstanın Axalkalaki şəhərində ölkə parlamentinin erməni əsilli deputatı Samvel Manukyana məxsus iki avtomobilin qəsdən yandırılmasına cəhd olunub. İstiPress  xəbər verir ki, bu barədə deputatın özünə istinadən "jnews.ge" portalı məlumat yayıb. Maşınlar onun evini qarşısında olub.

Deputat faktı təsdiq edib:

"Müxtəlif şübhələr var, sizi əmin edə bilərəm ki, baş verənlər mənim sahibkarlıq fəaliyyətimlə deyil, siyasi fəaliyyətimlə bağlıdır. Görək polis nə müəyyən edə biləcək".

Deputatın qonşusu təsadüfən görüb ki, kimsə maşınların üzərinə benzin töküb və yandırıb. Hadisəni törədən şəxs qaçıb.Faktla bağlı "Əmlaka qəsdən ziyan vurma" maddəsi üzrə cinayət işi qaldırılıb. Maşınlardan biri tez söndürülüb, digərinə ciddi ziyan dəyib.



  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM