Deputatın bağlatdırdığı "popkorn aparatları" yenidən açıldı - FOTO

14:19 | 16.05.2019
Deputatın bağlatdırdığı

Deputatın bağlatdırdığı "popkorn aparatları" yenidən açıldı - FOTO

Deputat Rasim Musabəyovun sosial şəbəkələrdə yazdığı statusdan sonra bağlanan popkorn aparatları yenidən açılıb.

Dünəndən etibarən keçidlərdə popkorn aparatları yenidən fəaliyyətə başlayıb.
Sadəcə dəyişiklik satıcılar arasında olub. Belə ki, satıcı kimi orta və yaşlı insanlar işə qəbul edilib.

Xatırladaq ki, deputat Rasim Musabəyov popkorn satan uşaq haqda bu sözləri yazmışdı: "Dünən axşam Azneft meydanı yaxınlığında yeraltı keçid popkorn qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq nə qədər müddət davam edəcək. Bu kiçik məsələ olsa da, ictimaiyyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir. Bəzi müzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb