Deputatları cəzalandıran komissiyanın işi gücləndirilir

12:26 | 10.04.2020
Milli Məclisin İntizam Komissiyasının fəaliyyətini gücləndirmək, bununla bağlı hüquqi bazanı təkmilləşdirmək məqsədilə İşçi qrupu yaradılır.

Oxu.Az-ın məlumatına görə, İşçi qrupunun rəhbəri deputat Kamal Cəfərovdur.

İşçi qrupuna deputatlardan Nurlan Həsənov, Əminə Ağazadə, Erkin Qədirli daxildir.

Milli Məclisin Aparatının əməkdaşı Yunis İsmayılov və Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev də İşçi qrupunun üzvləridir.

Qeyd edək ki, İntizam Komissiyasının sədri deputat Eldar İbrahimovdur.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM