Onlar üçün Bakıdan əlavə təyyarə gətiriləcəyi bidirilirYanvarın 18-də axşam saatlarında Minvoddan Bakıya gələn təyyarədə nasazlıq yaranıb. Baş verən həyəcanlı olay nəticəsində sərnişinlər təyyarədən aşağı endirilib və uçuş təxirə salınıb."Musavat.com"a bununla bağlı məlumat verən mənbə bildirib ki, təyyarədə Milli Məclisin beş deputatı, həmçinin Azərbaycandan vəzifəli şəxslər də olub. Onların Yessentukidən, sanatoriyadan gəldiyi bildirilir. Hazırda təyyarənin sərnişinləri aeroportda gözləyirlər. Onlar üçün Bakıdan əlavə təyyarə gətiriləcəyi qeyd edilir. Təyyarənin isə nasazlığına səbəb kimi motor hissəsində problem yaranması göstərilir.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !