Deputatlığa namizəd Vəfa Nağı 40 saylı məntəqədən qovulub - Video

10:28 | 01.09.2024
Deputatlığa namizəd Vəfa Nağı 40 saylı məntəqədən qovulub - Video

Deputatlığa namizəd Vəfa Nağı 40 saylı məntəqədən qovulub - Video

Neftçalada deputatlığa namizəd Vəfa Nağı 40 saylı məntəqədən qovulub. Bu barədə Vəfa Nağı öz sosial hesabında paylaşım edərək bildirib. 
 
Vəfa Nağı bildirib ki, rəqibi Tənzilə Rüstəmxanlının vəkili Hüseyn Qurbanov onun ərazidə çəkiliş aparmasına maneçilik törədib və onu provakasiyaya çəkib. 
 
Seçki eksperti Bəşir Süleymanlının fikrincə, seçki məntəqəsində çəkiliş aparan deputatlığa namizədin çəkiliş aparmasına Seçki Məcəlləsinə əsasən heç kəs maneçilik yarada bilməz. " Seçki məntəqəsi ictimai yerdir və orada olan hər kəsi seçki məntəqəsində çəkiliş aparmaq səlahiyyətinə malik olan hər kəs çəkə bilər. Burada şəxsi həyata müdaxilə yoxdur. Əgər müşahidəçi onun çəkilməsini istəmirdisə onda seçkilərdə müşahidəçi kimi qeydiyyatdan keçirilməli deyildi",  -  Süleymanlı bildirib.

  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM