Deputatlığa namizədlər MSK qarşısında etiraz aksiyası keçirməyə çəhd edib

21:58 | 11.02.2020
Deputatlığa namizədlər  MSK qarşısında etiraz aksiyası keçirməyə çəhd edib

Deputatlığa namizədlər MSK qarşısında etiraz aksiyası keçirməyə çəhd edib

Bir qrup deputatlığa namizəd Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Aksiyada  namizədlərlə yanaşı onların səlahiyyətli nümayəndələri və müşahidəçilər də olub. 
 
Müstəqil namizəd Rəbiyyə Məmmədova bildrib ki, aksiyanın məqsədi parlament seçkilərinin nəticələrinin ləğvinə nail olmaq olub."Biz  bütün dairələr üzrə seçkilərin nəticələrini ləğv etmək, yenidən seçkilər keçirmək tələb edirik. Bizi burdan zorla qovmasalar sona kimi burada oturacağıq", - deyə  Məmmədova bildirib.
 
Aksiyanı MSK binası daxilində  olan ATƏT müşahidəçiləri də izləyib. Aksiya polis tərəfindən dağıdılıb. 20-dən aksiya iştirakçısı iki avtobusa mindirilərək naməlum istiqamətə aparılıb. 
 
Daxili  İşlər nazirliyinin yaydığı  məlumatda isə bildirilir ki,   bir qrup şəxs qanunsuz etiraz aksiyası keçirməyə cəhd edib.

Aksiyada 10 saylı Binəqədi Üçüncü Dairəsindən deputatlığa namizəd Rəbiyə Məmmədova, Müsavat partiyasından deputatlığa namizəd Elman Quliyev və başqaları iştirak ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən saytımıza verilən məlumata görə, polis əməkdaşları namizədlərə aksiyanın qanunsuz olduğu barədə xəbərdarlıq edərək ərazini boşaltmalarını xahiş ediblər.

Aksiyaçılar arasında saxlanılanlar olmayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb