Deputatlığa namizədliyi qeydə alınanların sayı 425 nəfərə çatıb

18:34 | 29.09.2015
Deputatlığa namizədliyi qeydə alınanların sayı 425 nəfərə çatıb

Deputatlığa namizədliyi qeydə alınanların sayı 425 nəfərə çatıb

Noyabrın 1-də Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa namizədliyi irəli sürülənlərin sayı 1753 nəfərə çatıb.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib. İndiyə qədər 425 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınanlardan 165 nəfərin namizədliyi 14 siyasi partiya tərəfindən, 2 nəfərin namizədliyi "Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülüb, 258 nəfərin namizədliyi fərdi qaydada, qalanların namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM