Dərbəndin meri istefa verdi

21:47 | 11.08.2015
Dərbəndin meri istefa verdi

Dərbəndin meri istefa verdi

Bu il öz 2000 illik yubileyini qeyd edən Dərbənd şəhərinin başçısı İmam Yarəliyev çərşənbə axşamı istefa verib. 

ANS PRESS-in məlumatına Bu barədə RİA Novosti agentliyinə şəhər meriyasından bildiriblər.

"Şəhər başçısı istefa verib, vəzifədən getməyinin səbəbləri barədə rəsmi olaraq günün ikinci yarısında məlumat veriləcək", - deyə agentliyin həmsöhbəti bildirib.

Əvvəllər Yarəliyevə dair cinayət işi qaldırılmışdı, o, federal torpaqların paylaşdırılması zamanı öz səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirdi.

Yanvar ayının ortalarında Dərbənd meriyasında axtarışlar keçirilib. Xəbər verildiyi kimi, "torpaq məsələlərinə dair sənədlər” yoxlanılıb.

Daha sonra məhkəmə cinayət işinin qaldırılması barədə qərarı ləğv edib. İstintaqın məhkəmənin hökmünə qarşı yuxarı instansiyalarına şikayət verməsinə baxmayaraq qərar qüvvədə qalıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM