Dərmanların qiymətinə iki qurum nəzarət edəcək

14:33 | 21.08.2015
Dərmanların qiymətinə iki qurum nəzarət edəcək

Dərmanların qiymətinə iki qurum nəzarət edəcək

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi arasında razılaşma imzalanıb.

Bu barədə Oxu.Az-a İqtisadiyyat və Sənaye nazirliyindən bildirilib.

Belə ki, dərman vasitələri apteklərə daxil olmazdan əvvəl qiymətlərin müəyyən olunmuş qaydada qablaşdırmanın üzərində göstərilməsinə və bu qiymətlərin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə uyğunluğuna birgə nəzarət təşkil olunacaq.

Nazirlikdən bildirilib ki, yeni nəzarət sisteminin təşkili dərman vasitələri bazarında istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsinə, onların qiymətdə aldadılmasının qarşısının alınmasına, baş verə biləcək neqativ hallara qarşı birgə operativ tədbirlər görülməsinə imkan yaradacaq.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM