Son günlər mətbuatda Azərbaycanda dərsliklərlə bağlı ciddi problemlər ortaya çıxır və müzakirə olunmaqdadır. Analoji problem 4-ci sinif "Azərbaycan dili” dərsliyində də mövcuddur.
Anews.az unikal.org-a istinadən xəbər verir ki, 4-ci sinif "Azərbaycan dili” dərsliyinin 41-ci səhifəsinin "düşün və cavab ver” bölümündə ciddi yanlışlığa yol verilib.
Belə ki, dərslikdə tapşırıq mətni əks istiqamətdə yazılıb və təbii ki, bu da məktəblilərin çaşqınlığına səbəb olur. Məktəblilər kitabı baş-ayaq oxumağa məcburdurlar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !