Dərsliklərdə Qərbi Azərbaycanla bağlı xüsusi bölmə olmalıdır - Sevinc Hüseynova

12:33 | 06.12.2023
Dərsliklərdə Qərbi Azərbaycanla bağlı xüsusi bölmə olmalıdır - Sevinc Hüseynova

Dərsliklərdə Qərbi Azərbaycanla bağlı xüsusi bölmə olmalıdır - Sevinc Hüseynova

Dərsliklərdə Qərbi Azərbaycanla bağlı xüsusi bölmə yaradılması vacibdir. Bunu deputat Sevinc Hüseynova deyib. 
 
"Düşünürəm aparılan siyasət bizi hədəflərimizə çatdıracaq. Şüurlu gəncliyin yetişməsi üçün biliklərin olması vacibdir. Bunun üçün də Azərbaycanın real tatixini bilmək əsas şərtlərdəndir. Tarix dərsliklərində Qərbi Azərbaycnla bağlı xüsusi bölmələrin yaradılması vacibdir. Bu həm məktəblərdə, həm də universitetlərdə aktual olmalıdır. Həmin dərsliklərə Qərbi Azərbaycanın tarixini, mədəniyyətini və digər məsələləri gənc nəsilə çatdıra bilərik", - deputat  Milli Məclisdə "Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda ictimai dinləmə çıxışında deyib. 
 
Hazırda Milli Məclisdə Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı mövzusunda ictimai dinləmə keçirilir. Tədbirdə bir sıra siyasi,ictimai və eləcə də Qərbi Azərbaycanla bağlılığı olan şəxslər iştirak edir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM