Devalvasiya Çin mallarının Azərbaycana idxalını artıracaq - AÇIQLAMA

12:08 | 14.08.2015
Devalvasiya Çin mallarının Azərbaycana idxalını artıracaq - AÇIQLAMA

Devalvasiya Çin mallarının Azərbaycana idxalını artıracaq - AÇIQLAMA

Yuan 1Çinin milli valyutasının devalvasiyası ölkənin ixrac potensialını genişləndirəcək. Transparency.az-a açıqlama verən iqtisadçı ekspert Qubad İbadoğlu belə düşünür.

Ekspert deyir ki, devalvasiya Azərbaycana da Çin mallarının daha çox gətirilməsini stimullaşdıracaq: "Son günlər dünya bazarında neftin və digər xammalların ucuzlaşmasının səbəblərindən biri də Cindəki devalvasiyadır. "Dünya fabrikı» rolunu oynayan Çinin ixracatı son 1 ildə 8,3 faiz aşağı düşüb. Çindən Azərbaycana ixracatın həcmi də azalıb. İxracat ilin 6 ayında ötən ilin eyni dövrünə nisbətən 50 milyon ABŞ dolları düşərək 260 milyon dollar olub.

Çinin ixracat göstəricilərində azalmanın səbəblərindən biri yuanın digər valyutalara nisbətdə möhkəmlənməsi ilə izah olunur. Son 18 ayda Çin yuanı avroya və Meksika pesosuna nəzərən 20 faiz, Koreya vonu və yapon yeni ilə müqayisədə isə 10-15 faiz ətrafında bahalaşmışdı. Bu isə kifayət qədər rəqabətli regionda Çinin iqtisadi mövqelərinin zəifləməsinə gətirib çıxarırdı. Çində iqtisadi artım tempi son 6 ildə ən aşağı səviyyəyə qədər enmişdi. Yəni yuanın devalvasiyası zərurətdən irəli gəlirdi.

Çox ehtimal ki, Çin valyutasının devalvasiyası hələ başa çatmayıb və bu proses dünya iqtisadiyyatının nəhəngləri arasında valyuta müharibəsini gücləndirəcək”.

Avqustun 11-dən Çin Xalq Bankı (Mərkəzi Bank) yuanın son 20 ildə ən böyük devalvasiyasını həyata keçirib. Mərkəzi Bankın qərarından sonra 1 dolların alış kursu 6,1162 yuandan 6,3975 yuana yüksəlib. Bu, 1994-cü ilin yanvarında rəsmi və bazar mübadilə kursları eyniləşdirilən vaxtdan yuanın ən kəskin enişidir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti