Dəvələrin gözəllik yarışı - VİDEO

11:13 | 30.12.2013
Dəvələrin gözəllik yarışı - VİDEO

Dəvələrin gözəllik yarışı - VİDEO

Birləşmiş Ərəb Əmirliklərində dəvələr arasında gözəllik yarışı keçirilir.ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı “Sky News” telekanalı yayıb. Münsiflər heyəti yarışda iştirak edən 1000 dəvənin boynu və hürgüclərinə qiymət verirlər. Yarış əsasən iki mərhələdə keçirilir. 1-ci mərhələdə BƏƏ və Omandan gətirilmiş “Asayel” cinsindən olan dəvələr, 2-də isə Səudiyyə Ərəbistanından gətirilən qara dəvələr yarışır. Mütəxəssislər dəvələrin boynu və hürgücləri ilə yanaşı, onların davranışlarını da yoxlayırlar. Seçilən ən yaxşı dəvələr sonucda 2 milyon funta satıla bilər. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM