Neymarın bel sümüyü çatlayıb və bu da braziliyalı oyunçunu mundial matçlarından kənarlaşdırıb
Devid Luiz Futbol üzrə Dünya Çempionatının ¼ fila matçında Kolumbiya ilə (2:1) oyunda komanda yoldaşı Neymarın zədələnməsini şərh edib.
Hücumçu rəqib komandanın müdafiəçisi Kamilo Suniqa ilə toqquşmadan sonra bel nahiyyəsindən zədə alır və oyunu tərk edir. ANS PRESS-in məlumatına görə, daha sonra Neymar xəstəxanaya yerləşdirilir. Müəyyən olunur ki, Neymarın bel sümüyü çatlayıb və bu da braziliyalı oyunçunu mundial matçlarından kənarlaşdırıb.
"Biz udmağımıza şadıq, buna baxmayaraq Neymarın zədə almasına da pis olduq. O bizə qardaş kimi idi. Suniqi günahlandırırammı? Yox. Hərdən emosiyalardan irəli gələrək insan nə baş verə biləcəyini düşünmədən hərəkət edir. Əgər bunu qəsdən edibsə, payını alacaq. Yox əgər bilmədən edibsə- neynək bu futboldur".
Qeyd edək ki, yarımfinalda Braziliya yığması Almaniya millisi ilə görüşəcək.
ANN.Az