Dövlət Gömrük Komitəsi (DGK) Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyədə saxlanılmasına münasibət bildirib.DGK-dan APA-ya bildirilib ki, hazırda M. Seyidovun saxlanması səbəbləri ilə bağlı komitə araşdırma aparır. Qeyd edək ki, M. Seyidov dekabrın 17-də İstanbuldan qayıdarkən Qars hava limanında təyyarədən endikdən sonra Türkiyə Daxili İşlər Nazirliyi Əmniyyət Müdirliyinin (polis təşkilatı) Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !