Di Françesko: ""Qarabağ" layiqli rəqib idi"

11:44 | 06.12.2017
Di Françesko:

Di Françesko: ""Qarabağ" layiqli rəqib idi"

UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilən "Roma" - "Qarabağ" matçından sonra "Roma"nın baş məşqçisi Eusebio di Françesko jurnalistlərin suallarını cavablandırıb.

Anews.az qol.az-a istinadən baş məşqçinin müsahibəsini təqdim edir:

- Komandanızın o qədər də baxımlı oyun sərgiləmədiyini nəzərə alaraq emosiyalarınızı, təəssüratlarınızı bilmək istərdik.
- Xüsusi təəssüratım yoxdur. Futbolçular bu qələbəni çox istəyirdi. İlk hissədə o qədər də yaxşı oynamadıq. Fasilədən sonra isə hücumların kəsərini artıraraq istəyimizə çatdıq. Artıq 1/8 final və daha böyük hədəflər haqqında düşünməliyik. BUndan sonra daha çox çalışacaq və istəkli olacağıq. "Atletiko" kimi komandanı yarışdan kənarda qoymaq, "Çelsi"ni qabaqlayaraq qrupda 1-ci yeri tutmaq "Roma" adına böyük hadisədir.

- Komandanın sol cinahı hücumların qurulmasında daha yaxşı çıxış edir. "Roma"nın sol cinahını Avropanın ən yaxşılarından hesab etmək olarmı?
- Sol cinahda futbolçular bir-birilərini yaxşı başa düşürlər. Bundan razıyam. Amma daha çox qol görmək istəyirəm. Əldə olunanlardan daha çoxuna nail olmaq fikrindəyik.

- Qurban Qurbanovun mətbuat konfransında "Sky Sport"un əməkdaşı canlı yayıma qoşularaq məşqçinin sözünü bir neçə dəqiqəlik kəsdi. Eyni halla Bakıda üzləşsəydiniz münasibətiniz necə olardı?
- Mənə verilən bütün suallara həmişə cavab verməyə çalışıram. Futbolla bağlı bütün suallarınızı cavablandırmağa hazıram. Amma futboldankənar, şəxsi sualları cavablandırmağa çətinlik çəkirəm.

- Sabah pley-offun bütün iştirakçıları məlum olacaq. "Roma"nın "Bavariya" və "Real" kimi rəqiblərlə qarşılaşmaq ehtimalı var. Belə rəqiblərdən qorxmursunuz?
- Heç bir rəqibdən qorxmuruq. Hansısa komandadan çəkinəsi olsaq, indiyə kimi dediklərimin heç bir  mənası olmazdı.

- Bakıda və burada qarşılaşdığınız iki "Qarabağ" arasında hansı fərqləri gördünüz? Ümumiyyətlə, ÇL-nın debütantının çıxışı haqqında nə deyə bilərsiniz?
- "Çelsi" ilə oyunu çıxmaq şərtilə "Qarabağ" yaxşı oyun sərgilədi. "Qarabağ" layiqli rəqib idi. Xüsusilə, "Atletiko" ilə oyunda daha yaxşı oynadı və bizim pley-ofa çıxmağımıza bir növ kömək etdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM