Diaspora Komitəsindən Ukrayna açıqlaması

16:58 | 21.11.2013
Diaspora Komitəsindən Ukrayna açıqlaması

Diaspora Komitəsindən Ukrayna açıqlaması

“Ukraynada azərbaycanlılara qarşı təzyiqlərin olduğuna dair yayılan məlumatların heç bir əsası yoxdur”
“Son günlər Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində Ukraynada yaşayan azərbaycanlılara qarşı milli zəmində təzyiqlərin olduğuna dair əsası olmayan məlumatlar yayılmaqdadır. Diasporla İş üzrə Dövlət Komitəsi rəsmi olaraq bildirir ki, Ukraynada azərbaycanlılara qarşı milli zəmində heç bir təzyiq, təhdid, yaxud soydaşlarımızın həyatına təhlükə yaradan digər hərəkətlər baş verməmişdir”. Bu haqda Diasporla İş üzrə Dövlət Komitəsinin musavat.com-a daxil olan məlumatda deyilir.   
Komitədən bildirilir ki, Dövlət Komitəsi Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi, habelə bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə müntəzəm əlaqə saxlayır, azərbaycanlıların vəziyyəti, qarşılaşdıqları çətinliklər barədə mütəmadi məlumatlar alır. “Son günlər bəzi azərbaycanlıların da adının hallandırıldığı kriminal xarakterli hadisələrin milli, irqi, yaxud dini ayrı-seçkiliklə bağlı olduğuna dair iddiaları təsdiqləyən heç bir fakt, yaxud rəsmi məlumat yoxdur” – deyə məlumatda bildirilir.  
Xəbərdə daha sonra vurğulanır ki, azərbaycanlıların təhlükəsizliyinə təhdid xarakteri daşıyan etnik ayrı-seçkilik tendensiyaların mövcud olduğuna dair KİV-də əksini tapmış məlumatlar həqiqətə uyğun deyil: “Dövlət Komitəsi bütün KİV nümayəndələrini bu cür yoxlanılmamış məlumatlara olduqca diqqətli və ehtiyatlı yanaşmağa çağırır, bir daha diqqətə çatdırır ki, belə informasiyaların yalnız müvafiq dəqiqləşdirilmələrdən sonra yayılması daha məqsədəuyğun olardı. Bu sahədə Dövlət Komitəsi bütün KİV nümayəndələri ilə əməkdaşlığa hazırdır. Xüsusi olaraq vurğulamaq istərdik ki, kriminal xarakterli hadisələrin soydaşlarımıza qarşı milli zəmində təhdidlərin “sübutu” kimi ictimaiyyətə təqdim olunması Ukraynada yaşayan azərbaycanlılar arasında təşviş və narahatlıq yaradır, eyni zamanda Azərbaycanın milli maraqlarına qətiyyən uyğun deyil. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb