Fil Dişi Sahili yığmasının hücumçusu, Türkiyənin “Qalatasaray” klubunun aparıcı futbolçularından olan Didye Droqbanın yeni mövsümdəki iş yeri bəlli olub.
Afrikalı ulduz İtaliya təmsilçisi "Yuventus"la razılığa gəlib. Onun yeni klubla 1 illik müqavilə bağladığı deyilir.
Qeyd edək ki, Didye Droqba “Qalatasaray”a Çin klubundan transfer olunmuşdu. O, ən böyük uğurlarını isə “Çelsi”də əldə edib (Lent.az).
Bizi sosial şəbəkələrdə izləyin !