ANN.Az xəbər verir ki, bu barədə gazeta.ru saytı məlumat yayıb. Diktator bacısını Koreya Əmək Partiyasının Mərkəzi komitəsində şöbə rəisinin müavini təyin edib və o, hazırda Kim Çen Inın Koreya hakimiyyətində rəsmən təmsil olunan yeganə ailə üzvüdür.Bundan əvvəl Kiç Çen Inın bibisi Kim Qyon Hi partiya iyerarxiyasında mühüm vəzifə tuturdu, lakin ötən ilin dekabrından onun taleyi məlum deyil.Qadının əri, Şimali Koreya hakimiyyətində “ikinci adam” hesab olunan Çan Son Txek “dövlətə xəyanətdə və əxlaqsızlıqda” günahlandırılaraq həbs edilmiş və öldürülmüşdü.Kim Yo Çjyon İsveçrədə təhsil alıb. Onun banklarda və dəmir yol layihələrində rəhbər postlar tutduğu haqda məlumatlar var.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !