Dilənçinin üç evi aşkar edildi

15:59 | 07.11.2019
Türkiyə polisi keçirdiyi  əməliyyatda  32 yaşlı qadını saxlayıb. Dilənçi qadının Osmaniyə adlanan inzibati ərazi vahidində bir evi, Nurdağı adlanan ərazidə isə iki evinin olduğu məlum olub.
 
"SonDakika.com”un məlumatına görə, 65 faiz görmə əngəlli Hulya Kök Türkiyənin Dulkadiroğlu adlanan rayonunun  İsmətpaşa məhəlləsində dilənçiliklə məşğul olub.
Qadın 153 Türkiyə lirəsi məbləğində inzibati cərimə edildikdən sonra məmləkətinə yola salınıb.
 
Tərcümə: Cavid Zahidoğlu

www.anews.az
loading...