“Dilmanc.az”ın mobil versiyası istifadəyə verildi

20:26 | 23.09.2014
“Dilmanc.az”ın mobil versiyası istifadəyə verildi

“Dilmanc.az”ın mobil versiyası istifadəyə verildi

“Dilmanc.az” tərcümə portalının mobil versiyası hazırlanıb.

 

“Dilmanc” qrupundan verilən məlumata görə, mobil telefon və planşetlərdən “Dilmanc.az” saytına daxil olarkən saytın kiçik ekran və toxunma interfeysi üçün optimallaşdırılmış versiyası açılır. Saytın mobil versiyasında da mətnləri Azərbaycan, ingilis, rus və türk dilləri arasında yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınmış mətnin səslənməsinə qulaq asmaq və digər imkanlar əlavə edilib.

 

 Qeyd edək ki, “Android” əsasında işləyən qurğuların istifadəçilərinə “Dilmanc Translator” proqramını yükləyərək istifadə etmək məsləhət görülür. Bu proqramda mətnlərlə yanaşı, şifahi nitqi tərcümə etmək və səsləndirmək imkanı da var. Proqramın digər mobil platformalar üçün də hazırlanması üzərində işlər gedir.

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM