Dilqəm Əsgərov geri qaytarıla bilər

11:02 | 29.12.2014
Dilqəm Əsgərov geri qaytarıla bilər

Dilqəm Əsgərov geri qaytarıla bilər

"Ola bilsin ki, dəyişdirilmə oldu və Dilqəmi qaytardılar”

Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən girov götürülən azərbaycanlı Dilqəm Əsgərovun ailəsi bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ofisinə üz tutacaqlar.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə D. Əsgərovun qardaşı Sahib Musayev məlumat verib. O, bildirib ki, bu gün D.Əsgərova məktub göndərəcəklər:

"Beynəlxalq Qızıl Xaç Komitəsindən 10 gündür ki, bizə məktub göndərəcəklərini deyirlər. Amma hələ ki, məktub göndərməmişik. Bu gün ofisə gedib, məktub yazacağıq”. Daha sonra o, qeyd edib ki, bu gün Xankəndində azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun sonuncu qondarma "məhkəməsi” keçiriləcək: "Ümidimiz var ki, Dilqəmi qaytaracaqlar. İki gündür ki, bizimkilər də bir erməni tutublar. Ola bilsin ki, dəyişdirilmə oldu və Dilqəmi qaytardılar. Ümid var”.

Qeyd edək ki, dekabrın 19-u baş tutan "məhkəmə”də prokuror girov Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Sonuncu "məhkəmə” hələ dekabrın 12-i keçirilməli idi. Lakin həmin vaxt "məhkəmə” təxirə salınmışdı. Buna səbəb isə girov Şahbaz Quliyevin səhhətdə yaranan problemlər, həmçinin "zərərçəkən” Vreja Balayanın məhkəməyə gəlməməsi olub.

Xatırladaq ki, bu ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM