• $
  • £

Dilqəm Əsgərovun oğlu: Atamı bizdən gizlədirlər

Dilqəm Əsgərovun oğlu: Atamı bizdən gizlədirlər
10.01.2019 17:22
Erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bir ildən çoxdur ki, atasından heç bir xəbər, məktub almadığını deyir.

Anews.az-ın xəbərinə görə, o, "Sputnik Azərbaycan”a açıqlamasında bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları onun müraciətlərinə hər dəfə eyni cavabı verir.

"2017-ci ilin noyabrın 1-də yazılan sonuncu məktubu Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları bizə təqdim ediblər. Əfsuslar olsun ki, həmin tarixdən etibarən atamdan heç bir məktub almamışıq. Bizim onunla canlı video-bağlantı etmək istəyimiz də müsbət cavablandırılmır. Mütəmadi olaraq məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına müraciət edirəm. Müraciətlərimə cavab olaraq bildirirlər ki, "sənin atan özü məktub yazmaq, video göndərmək istəmir”, - K.Əsgərov bildirib.

"Mən buna inanmıram. Düşünürəm ki, bu, cəfəngiyyatdır. Atam yaşlı və xəstə adamdır. Yəqin, atamın səhhətində problemlər var ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ondan video gətirməyiblər. Görünür, atamın vəziyyəti o qədər pisdir ki, o, məktub belə yaza bilmir. Ona görə də ondan məktub yoxdur”, – deyə o əlavə edib.

Dilqəm Əsgərovun oğlu beynəlxalq təşkilatların bu məsələyə diqqətsizliyindən də gileylənib.

K.Əsgərov atasının məktub yazmamasına inanmadığını israrla vurğulayıb:

"Atam girov düşdükdən sonra həmişə bizə məktub yazıb. Hazırda Azərbaycanda saxlanılan erməni diversant Arsen Baqdasaryan ailəsi ilə "Skype” vasitəsilə danışmaq imkanına malikdir və o, bundan mütəmadi olaraq istifadə edə bilir. Onun saxlanılma şəraiti yaxşıdır, səhhətində heç bir problem yoxdur, ailələri ona ərzaq, paltar göndərə bilir. Lakin bizə həmin şərait yaradılmır. Mən atamın öz dilindən eşitmək istəyirəm ki, o, yaxşıdır, durur, hərəkət edir. Nəyə görə Beynəlxalq Qırımızı Xaç Komitəsinin əməkdaşları bunu yerinə yetirmir?”

O, atasından aldıqları sonuncu məktub barədə də məlumat verib:

"Atam sonuncu məktubunda ona, icazə olacağı təqdirdə, bəzi ərzaqların göndərilməsini istəmişdi”.

O vurğulayıb ki, onun 2018-ci ildə atasının girovluqdan azad ediləcəyi ilə bağlı çox böyük ümidləri var idi:

"Mən inanırdım ki, atamgil girovluqdan azad oluna bilər. Əfsuslar olsun ki, Paşinyan hökuməti Azərbaycan Respublikasının təklif etdiyi "hamının-hamıya” dəyişdirilməsi təklifindən imtina etdi. Bu məsələ hazırda prezident İlham Əliyevin nəzarətindədir. Xarici İşlər Nazirliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsi bu istiqamətdə iş aparır. Lakin çox təəssüflər olsun ki, beynəlxalq qurumlar, təşkilatlar bu işlə bağlı Ermənistan tərəfinə təzyiqlər göstərmir. Ümid edirəm ki, bu məsələ 2019-cu ildə öz həllini tapacaq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 18:12
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Cəmiyyət 16:15
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Cəmiyyət 14:53
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 14:46
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Sabah 33 dərəcə isti olacaq
Cəmiyyət 12:30
Sabah 33 dərəcə isti olacaq
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Cəmiyyət 11:47
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Cəmiyyət 10:36
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Cəmiyyət 00:29
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
8 Noyabr prospektində təmir işləri aparılacaq
Cəmiyyət 23:55
8 Noyabr prospektində təmir işləri aparılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol