Dilqəm və Şahbazdan XƏBƏR VAR

10:43 | 20.05.2019
Dilqəm və Şahbazdan XƏBƏR VAR

Dilqəm və Şahbazdan XƏBƏR VAR

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkiblər.

Anews.az xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatda bildirilir ki, komitə nümayəndələri Dağlıq Qarabağda münaqişə nəticəsində saxlanılan Azərbaycan vətəndaşlarına may ayında başçəkmə həyata keçirib:
"Başçəkmə zamanı həmin şəxslərin saxlanma şəraiti və onlarla rəftarla bağlı monitorinq keçirilib".

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb