• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək
26.09.2023 20:47
Oktyabrın 7-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən binasında rəqəmsal SAT imtahanı təşkil olunacaq.

Bu barədə DİM məlumat yayıb.

İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq tələb olunan aşağıdakı sənəd və vasitələrlə birlikdə imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. Buraxılış vərəqəsi – "Admission Ticket”;
3. "College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

İştirakçılar imtahana həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş gətirə bilərlər. Qaralama üçün vərəq imtahan mərkəzində verilir.

İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə gətirmək imkanı yoxdursa və o, "College Board”dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan mərkəzinə buraxılmayacaq.

7 oktyabr SAT imtahanının iştirakçıları imtahan tarixindən beş gün əvvəl "Bluebook”da yaradılmış şəxsi hesablarına daxil olmalı və imtahanın qurulmasını (test set up) başa çatdırmalıdırlar. Bu prosesin sonunda imtahan iştirakçılarına "Buraxılış vərəqəsi” onlayn qaydada təqdim ediləcəkdir.

2023-cü ildə növbəti SAT imtahanlarının DİM test mərkəzi tərəfindən aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:
4 noyabr
2 dekabr
Əlavə sual yarandığı halda, qeyd olunan elektron poçt ünvanı vasitəsilə bu elektron ünvanla əlaqə saxlaya bilərsiniz: [email protected]

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda daş hasar aşıb, 8 yaşlı uşaq ölüb
Cəmiyyət 22:34
Cəlilabadda daş hasar aşıb, 8 yaşlı uşaq ölüb
Azərbaycan səfirliyinin əməkdaşları Litvada qəza törədib
Cəmiyyət 22:22
Azərbaycan səfirliyinin əməkdaşları Litvada qəza törədib
Türkiyədə zəlzələ olub
Cəmiyyət 21:52
Türkiyədə zəlzələ olub
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 21:07
Sabah bu ərazilərdə işıq olmayacaq
Puşkin küçəsində xüsusi hərəkət zolağı təşkil edilib
Cəmiyyət 19:37
Puşkin küçəsində xüsusi hərəkət zolağı təşkil edilib
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 18:22
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Lənkəranda çörək sexinin qanunsuz fəaliyyəti dayandırılıb
Cəmiyyət 18:10
Lənkəranda çörək sexinin qanunsuz fəaliyyəti dayandırılıb
Göygöldə 42 yaşlı şəxs dəm qazından boğularaq ölüb
Cəmiyyət 18:06
Göygöldə 42 yaşlı şəxs dəm qazından boğularaq ölüb
Sumqayıtda 19 nəfər zəhərlənib - Bakterial qida zəhərlənməsi
Cəmiyyət 17:33
Sumqayıtda 19 nəfər zəhərlənib - Bakterial qida zəhərlənməsi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol