Avqustun 25-də Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirir.Bu barədə DİM-dən bildirilib.
İmtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda 10:00-da və 13:00-da olmaqla iki növbədə keçiriləcək və 1 saat davam edəcək. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
İmtahana gələrkən buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirmək lazımdır. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !