Dövlət İmtahan Mərkəzində (DİM) yanvarın 13-də TOEFL IBT imtahanı keçiriləcək.
Mərkəzdən Trend-ə verilən məlumata görə, TOEFL IBT imtahanı DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
İmtahan saat 09:00-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.
TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !