DİN 8 mart aksiyasına imkan verməyəcəyini bildirib

18:25 | 06.03.2021
DİN 8 mart aksiyasına imkan verməyəcəyini bildirib

DİN 8 mart aksiyasına imkan verməyəcəyini bildirib

Daxili İşlər Nazirliyi Bakıda  8 Mart Beynəlxalq Qadınlar günü yürüş etməyə  hazırlaşan qadın təşkilatları təmsilçilərini yürüşdən imtina etməyə çağırıb. Bu barədə  DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlama verib.

"Yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyaya icazə verilmir. Xüsusən xüsusi karantin rejimi qüvvədə olduğu dönəmdə hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır. Əgər belə addım atılarsa, polis bunun qarşısını alacaq”, - deyə Zahidov bildirib. 
 
Yürüşün paytaxtın Fəvvarələr meydanından başlayaraq "Azad qadın" heykəlinə kimi keçirilməsi və "8 marş – Haqlarımız uğrunda!” şüarının səsləndirilməsi nəzərdə tutulub.


Bakı Şəhər İcra Hakimiyyəti də yürüşün keçirilməsinə razılıq verməyib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM