DİN bu şəxslərin toylarda iştirakını tövsiyə etmir

20:02 | 01.07.2021
DİN bu şəxslərin toylarda iştirakını tövsiyə etmir

DİN bu şəxslərin toylarda iştirakını tövsiyə etmir

"Yüksək risk qrupuna aid olan şəxslərin toy mərasimlərində iştirakı tövsiyə edilmir”.


Anews.az xəbər verir ki, bunu "report”a açıqlamasında Daxili İşlər Nazirliyinin (DIN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.


DİN rəsmisinin sözlərinə görə, 50 nəfərə qədər şənlik mərasimlərində mütləq qaydada tibbi maska tələbi var:


"Bu tədbirlərdə iştirak edən şəxslər, xüsusilə də risk qrupuna aid olanlar, səhhətində problem olan, yaxud digər kateqoriyaya aid olan vətəndaşlar diqqətli olmalıdır. Əgər hər hansı şəxsin sağlamlığında təhlükəli hal varsa, onun belə məclislərdə iştirakı tövsiyə edilmir”.


E.Hacıyev xatırladıb ki, 150 nəfərə qədərlik məclisdə iştirak üçün mütləq qaydada COVID-19 pasportuna sahib olmaq lazımdır:


"Yəni vətəndaşlar mütləq şəkildə vaksinasiya olunmalıdır. Əks halda həmin şəxslərin toylarda iştirakına icazə verilməyəcək.


Bu qayda və normaların gözlənilməsi tək iştirakçıların deyil, eləcə də sahibkarlıq subyektlərinin, restoran inzibatçılarının və toy sahiblərinin üzərinə düşən əsas məsuliyyətdir.


Tərəflər arasında toy mərasimlərinin keçirilməsinə 5 gün qalmış iltizam sənədinə müvafiq olaraq öhdəçilik götürülür. Hüquq pozuntusu olarsa, qanunvericiliyə müvafiq tədbir görüləcək”.


Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Azərbaycanda iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan və ad günü) keçirilməsinə icazə verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM