Daşkəsəndə özünü yandıran qazi vəfat edib - Yenilənib

10:53 | 07.06.2024
Daşkəsəndə özünü yandıran qazi vəfat edib - Yenilənib

Daşkəsəndə özünü yandıran qazi vəfat edib - Yenilənib

Daşkəsəndə üzərinə benzin tökərək yandıran qazi Bakıda xəstəxanada dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, 28 yaşlı  Daşkəsən sakini Ədalət İsmayılov bu gecə paytaxda müailcə aldığı xəstəxanada vəfat edib.
 
***
İyunun 6-da Vətən müharibəsi iştirakçısı Ədalət İsmayılov barəsində Gəncədə özünə aid olmayan nəqliyyat vasitələri ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq hərəkətlər etməsi ilə bağlı dəfələrlə tədbirlər görülüb. Bu barədə Daxili İşlər Nazirliyinin Daşkəsəndə baş verən insidentlə bağlı yaydığı məlumatda qeyd olunub.

"Aprelin 26-da rayonun Quşçu kəndi ərazisində qayda pozuntuları ilə idarə edilən, insanların həyat və sağlamlığına real təhlükə yaradan "VAZ 2106” markalı avtomobil DYP əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, 10-FA-497 dövlət qeydiyyat nişanlı, Q.Həsənova məxsus avtomobil sürücülük hüququ və etibarnamə olmadan, Vətən müharibəsi iştirakçısı, 1996-cı il təvəllüdlü İsmayılov Ədalət Fərman oğlu tərəfindən idarə edilir. Ədalət İsmayılov qanunvericiliyə uyğun olaraq izahlar verilməsinə və onun intizama dəvət edilməsinə baxmayaraq, qanunsuz hərəkətlərini davam etdirib, istədiyi kimi avtomobil idarə edəcəyini bildirərək ictimai qaydanı kobud şəkildə pozmaqla polis əməkdaşlarına tabesizlik nümayiş etdirib. Əməlində xırda xuliqanlığın tərkib əlamətləri olduğuna görə Ədalət İsmayılov barəsində məhkəmə qərarı ilə 60 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib. Onun inzibati məsuliyyətə cəlb edilməsinin əsassızlığı ilə bağlı müraciətləri aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapmadığından qərar qüvvədə saxlanılıb. Ədalət İsmayılovla çoxsaylı izahedici söhbətlər aparılmasına baxmayaraq, o qeydiyyatda olduğu Daşkəsən rayonunda və yaşadığı Gəncə şəhərində özünə aid olmayan nəqliyyat vasitələri ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq hərəkətlər etməsi ilə bağlı dəfələrlə tədbirlər görülüb”, - məlumatda bildirilib.

Ədalət İsmayılov iyunun 6-da Daşkəsəndə üzərinə yandırıcı məhlul tökərək özünə od vurub. Yaxınlıqdakı şəxslərin köməyi ilə o, xəstəxanaya yerləşdirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM