DİN-də iki idarə rəisi təyinatı oldu - Vilayət Eyvazov polkovniklərə yüksək vəzifələr verdi

20:04 | 14.11.2019
DİN-də iki idarə rəisi təyinatı oldu - Vilayət Eyvazov polkovniklərə yüksək vəzifələr verdi

DİN-də iki idarə rəisi təyinatı oldu - Vilayət Eyvazov polkovniklərə yüksək vəzifələr verdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərik etdiyi strukturda kadr islahatlarını davam etdirir.


Anews.az Strateq.az-a istinadla xəbər verir ki, bu gün Daxili İşlər nazirinin əmriylə Lənkəran Şəhər Polis İdarəsinin rəisi, polkovnik İslam Hümbətov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin edilib.


Nazirin bir başqa əmriyləsə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev İnterpolun Milli Mərkəzi Bürosunun (baş idarə səlahiyyətli) rəisi təyin edilib.


Xatırladaq ki, İnterpolun Milli Mərkəzi Bürosunun bundan qabaqkı rəisi general-mayor Mehman Təhməzov bir müddət əvvəl yaş həddi ilə əlqədər təqaüdə göndərilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM