DİN-dən ƏMƏLİYYAT: Qətl törədən şəxs meşədə tutuldu

12:00 | 20.09.2018
DİN-dən ƏMƏLİYYAT: Qətl törədən şəxs meşədə tutuldu

DİN-dən ƏMƏLİYYAT: Qətl törədən şəxs meşədə tutuldu

Daxili İşlər Nazirliyi (DİN) Daşkəsən rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Unikal.org-a daxil olan məlumatda bildirilib ki, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Daşkəsən rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.

Belə ki, sentyabrın 18-də Daşkəsən rayonunun Əhmədli kəndində, rayon sakini Fikrət İsmayılovun evində münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Natiq Quliyevi bıçaqla qətlə yetirərək hadisə yerindən qaçması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən F.İsmayılov rayonun ətrafındakı meşə ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM