DİN-dən İlqar Məmmədovla bağlı AÇIQLAMA

14:19 | 16.02.2020
DİN-dən İlqar Məmmədovla bağlı AÇIQLAMA

DİN-dən İlqar Məmmədovla bağlı AÇIQLAMA

Bu gün MSK-nın önündə saat 15:00-a gözlənilən razılaşdırılmamış aksiya öncəsi REAL partiyasının sədri İlqar Məmmədovun, D18 hərəkatının rəhbəri Ruslan İzzətlinin və bir neçə fəalın polis tərəfindən saxlanılmaları barədə xəbərlər məlumatlar reallığı əks etdirmir, çünki hazıra qədər paytaxtdakı polis idarələrinə və bölmələrinə heç kəs gətirilməyib.
 
Anews.az-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.
 
"Ola bilər profilaktiki tədbirlər zamanı kimlərsə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu da onların saxlanılması anlamına gəlməməlidir. Yeri gəlmişkən xatırladım ki, dünən xəbər verdiyimiz kimi razılaşdırılmamış istənilən aksiyanın baş tutmasına imkan verilməyəcək və qarşısı polis tərəfindən alınacaq" - o qeyd edib.Report

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb