DİN-dən insan alveri ilə bağlı açıqlama

19:13 | 20.11.2013
DİN-dən insan alveri ilə bağlı açıqlama

DİN-dən insan alveri ilə bağlı açıqlama

Daxili İşlər Nazirliyi (DİN) “Qadın Krizis Mərkəzi”nin rəhbəri Mətanət Əzizovanın azyaşlı azərbaycanlı qızların xarici ölkələrdə insan alverinin qurbanı olması barədə mətbuatda verdiyi məlumatlara münasibət bildirib. DİN-in mətbuat xidmətindən  daxil olan məlumatda bildirilib ki, Mətanət Əzizova bir sıra kütləvi informasiya vasitələrinə azyaşlı azərbaycanlı qızların Gürcüstanın turizm məkanlarında seks ticarətinin qurbanları arasında statistik rəqəmlərə görə birinci yerdə olması, bir neçə gün öncə qonşu ölkənin hüquq-mühafizə orqanları tərəfindən həmin otel və kazinolarda aparılmış reydlər zamanı xeyli sayda azyaşlının saxlanılması və bundan narahat olan yüzlərlə yüngül əxlaqlı azərbaycanlı qadınların tez-tələsik Türkiyə ərazisinə keçmələrinə dair müsahibə və açıqlamalar verib: “Bu məlumatlara aydınlıq gətirilməsi məqsədilə DİN qonşu ölkənin müvafiq qurumuna rəsmi sorğu ilə müraciət edib. Noyabrın 19-da Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentindən daxil olmuş rəsmi cavabda bildirilir ki, 2012-ci il yanvar ayının 1-dən bu günədək Gürcüstan Respublikasının Cinayət Məcəlləsinin qanunsuz miqrasiya və insan alverini nəzərdə tutan maddəsi üzrə Azərbaycan vətəndaşlarının iştirakı ilə heç bir cinayət faktı aşkar edilməyib”. DİN belə həssas mövzulara müraciət edən bütün kütləvi informasiya vasitələrini və qeyri-hökumət təşkilatlarını diqqətli olmağa, səhihliyi şübhə doğuran yoxlanılmamış, qeyri-obyektiv informasiyaları səsləndirməməyə çağırıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM