DİN-dən işğaldan azad olunmuş ərazilərə gedənlərə - Xəbərdarlıq

20:00 | 28.11.2020
DİN-dən işğaldan azad olunmuş ərazilərə gedənlərə - Xəbərdarlıq

DİN-dən işğaldan azad olunmuş ərazilərə gedənlərə - Xəbərdarlıq

Daxili İşlər Nazirliyi işğaldan azad edilmiş ərazilərə səfər edənlərlə bağlı xəbərdarlıq edib.

Anews.az xəbər verir ki, xəbərdarlıqda deyilir:

"Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu uzun müddət təcavüzkar düşmənin işğal altında saxladığı əraziləri azad etdib. Uzun illər vətən həsrətində qalmış vətəndaşların işğaldan azad edilmiş torpaqlarımıza səfər etməyə can atmaları başadüşüləndir.

Lakin bəzi vətəndaşlar əvvəlcədən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin ərazilərə səfər edirlər.

Noyabrın 28-də vətəndaşlar Ş.Hacıyev, F.Hacıyev, Z.Adilzadə və Z.Hüseynov "Toyota Land Cruizer” markalı 90-BL-558 dövlət nömrə nişanlı avtomobillə Fizuli rayonunun Qorqan və Aşağı Seyidəhmədli kəndləri arasında minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayaraq hərəkəti davam etdirmiş, nəticədə tank əleyhinə minaya düşərək həlak olublar.

Bir daha əhaliyə xəbərdarlıq edərək təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM