• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

DİN-dən metroda polislərlə sərnişinlər arasındakı insidentlə bağlı AÇIQLAMA

DİN-dən metroda polislərlə sərnişinlər arasındakı insidentlə bağlı AÇIQLAMA
02.06.2020 17:18
Bu gün sosial şəbəkə və xəbər saytlarında Bakı Metropoliteninin metro qatarlarından birinin vaqonunda polis əməkdaşları ilə bir neçə vətəndaş arasında mübahisə yarandığını əks etdirən videogörüntü paylaşılıb.

Anews.az xəbər verir ki, bununla bağlı jurnalistlərin sorğusunu cavablayan DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, xüsusi karantin rejimi ilə əlaqədar xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları insanların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədi ilə onlardan mütləq qaydada tibbi maskalardan istifadə etməyi və sosial məsafə saxlamağı tələb edirlər: "Metro qatarında tibbi maskadan istifadə etməyən bir neçə sənişindən də bu qaydalara riayət olunması tələb edildikdə onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq mübahisəli vəziyyət yaradıblar".

Xidmət rəisi bildirib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində həmin şəxslərdən bir neçəsi artıq saxlanılıb, barələrində müvafiq tədbirlər görülüb. Digərlərinin də müəyyən edilərək saxlanması üçün tədbirlər davam etdirilir.

"Bir daha vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, uzun müddətli proses olan koronavirus infeksiyasına qarşı mübarizədə böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir".




Bir daha vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, uzun müddətli proses olan koronavirus infeksiyasına qarşı mübarizədə böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Masazırda açıq ərazidə yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 00:10
Masazırda açıq ərazidə yanğın söndürülüb - Yenilənib
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:19
Sabah bu ərazilərdə işıq olmayacaq
Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb
Cəmiyyət 22:15
Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb
Araz Ağalarova qarşı məhkəmə icraatına başlanılıb
Cəmiyyət 21:49
Araz Ağalarova qarşı məhkəmə icraatına başlanılıb
Göygöldə xəstə yaxınları təcili yardım maşınına hücum edib
Cəmiyyət 21:14
Göygöldə xəstə yaxınları təcili yardım maşınına hücum edib
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb
Cəmiyyət 21:07
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb
Şəxsiyyət vəsiqələrinin forması dəyişir
Cəmiyyət 18:05
Şəxsiyyət vəsiqələrinin forması dəyişir

Əmanətini Yelo Bank-a etibar et, illik 12%-dək gəlir qazan
Cəmiyyət 17:04
Əmanətini Yelo Bank-a etibar et, illik 12%-dək gəlir qazan
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq
Cəmiyyət 16:28
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol