• $ 1.7
  • € 1.9122
  • ₽ 0.021087
  • ₺ 0.0438
  • £ 2.273

DİN - dən Sumqayıtdakı hadisə ilə bağlı açıqlama

DİN - dən Sumqayıtdakı hadisə ilə bağlı açıqlama
17.06.2024 20:30
Bəzi sosial media səhifələrində iyunun 14-də gecə saatlarında Sumqayıtda şəhər sakini 37 yaşlı Elvin İsgəndərovun polis bölməsində xəsarətlərdən ölməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
 
Sumqayıt şəhərində kafelərin birində sərxoş vəziyyətdə bir neçə şəxs arasında münaqişə olması ilə bağlı daxil olan məlumat üzrə saat 23:30 radələrində polis əməkdaşları həmin ünvana yaxınlaşıblar.
 
Tərəflər arasında yaranan gərginlik aradan qaldırıldıqdan sonra onlar bölməyə dəvət ediliblər. Onlardan Elvin İsgəndərov bölmənin qarşısında, dayandığı yerdə qəfil müvazinətini itirərək yerə yıxılıb. Hadisə bir neçə nəfərin, qohumlarının, dostlarının, qardaşların yanında və müşahidə kamerasının altında baş verib. Təcili tibbi yardım dəvət olunmasına baxmayaraq, Elvin İsgəndərov vəfat edib. Həkim rəyinə əsasən onun ölümünə səbəb qaraciyər serrozu və ürək tutması olub.
 
Qeyd olunanları nəzərə alaraq vətəndaşın ölümündə hər hansı kənar müdaxilə olması iddiaları əsassızdır.
 
Hazırda ölüm faktı aidiyyəti üzrə araşdırılır, kamera görüntüləri də araşdırmaya təqdim edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Vətəndaşların hesabından növbəti dəfə 20 min manatdan çox vəsait oğurlanıb
Cəmiyyət 10:23
Vətəndaşların hesabından növbəti dəfə 20 min manatdan çox vəsait oğurlanıb
Rusiya vətəndaşı Azərbaycana gələn təyyarədə ölüb
Cəmiyyət 09:54
Rusiya vətəndaşı Azərbaycana gələn təyyarədə ölüb
Yollarda tıxac var - Siyahı
Cəmiyyət 08:57
Yollarda tıxac var - Siyahı
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
Cəmiyyət 23:25
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
Cəmiyyət 22:06
Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
Sabah bu ərazidə qaz olmayacaq
Cəmiyyət 20:49
Sabah bu ərazidə qaz olmayacaq
Məktəb direktorunun səs yazısı ilə bağlı - Rəsmi açıqlama
Cəmiyyət 20:47
Məktəb direktorunun səs yazısı ilə bağlı - Rəsmi açıqlama
"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub
Cəmiyyət 19:55
"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub
Audiovizual Şura yayım şirkətini cərimələyib
Cəmiyyət 18:06
Audiovizual Şura yayım şirkətini cərimələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol