Daxili İşlər Nazirliyi Müsavat partiyasının keçmiş sədr müavini Tofiq Yaqublunun saxlanılmasına münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində baş verib:
Tofiq Yaqublu oxşar əməllərinə görə daha əvvəl üç dəfə həbs edilib. Siyasi partiya rəhbərliyində təmsil olunan şəxsin digər vətəndaşlara nümunə olmalı olduğu halda bu cür davranması, günahı olmayan vətəndaşa qarşı belə hərəkətlər etməsi ən azından qınanılmalıdır”
E.Zahidov bildirib ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !