DİN-dən Zərdabdakı etiraz aksiyası ilə bağlı AÇIQLAMA

22:21 | 20.02.2020
DİN-dən Zərdabdakı etiraz aksiyası ilə bağlı AÇIQLAMA

DİN-dən Zərdabdakı etiraz aksiyası ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi Zərdab rayonunun Çallı kəndində baş verən etiraz aksiyasına münasibət bildirib.  
 
DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zərdab rayonunun Çallı kəndində yaranmış sosial problemlə əlaqədar kənd sakinləri etiraz aksiyasi keçirib:  

"Keçirilmiş qanunsuz aksiyanın qarşısı polis əməkdaşları tərəfindən alınıb. Bu zaman saxlanılanlar və xəsarət alanlar olmayıb”.  

Qeyd edək ki, sosial şəbəkələrdə Zərdabın Çallı kəndində örüş sahəsi əlindən alınan kəndlilər etiraz aksiyası keçirildiyi, xeyli sayda saxlanan və xəsarət alanların da olduğu barədə məlumat yayılıb. 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb