DİN “Facebook”da intihar mesajı yazan gənc barədə məlumat yaydı

14:33 | 26.11.2013
DİN “Facebook”da intihar mesajı yazan gənc barədə məlumat yaydı

DİN “Facebook”da intihar mesajı yazan gənc barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda itkin düşən tələbənin meyitinin tapılması faktı ilə bağlı məlumat yayıb. 

ANN.Az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 25-də Dənizkənarı Milli Parkın ərazisində dənizdə Bakı şəhər sakini Asim Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Qeyd edək ki, Bakı şəhərində bir neçə gün əvvəl tələbə oğlunun axtarışına çıxan ananın intizarına son qoyulub. Ancaq anaya çatdırılan xəbər onun gözləmədiyi qədər dəhşətli idi. Onun oğlunun Xəzər dənizindən şişmiş vəziyyətdə olan meyiti tapılıb. 

Söhbət bir neçə gün əvvəl şəxsi “Facebook” profilində özünü öldürəcəyini yazaraq evdən getmiş Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Asim Məmmədovdan gedir. O, ötən şənbə günü saat 23:00 radələrində internet kluba getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM