Daxili İşlər Nazirliyinin (DİN) Maddi-Texniki Təminat Baş İdarəsi polislər üçün kooperativ yolu ilə tikilən binada mənzilləri satışa çıxarıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, paytaxtın Nərimanov rayonunun 2036-cı məhəlləsində (Ziya Bünyadov prospektində, "Koroğlu” metrostansiyasının yaxınlığında) kooperativ yolu ilə tikilən 13 mərtəbəli yaşayış binasında 1, 2, 3 və 4 otaqlı mənzillərin 1 kvadratmetri heç bir faiz tutulmadan 900 manatadır.
Bir il müddətinə ilkin ödəniş 50 faiz olmaqla, mənzillərin dəyəri tikintinin sonuna qədər hissə-hissə ödənilməlidir.
Mənzillərin sahələri:
1 otaqlı – 70.63, 72.93 kvm.
2 otaqlı – 88.17, 89.21 kvm.
3 otaqlı – 152.72 kvm.
4 otaqlı – 177.18 kvm.
Həmin binada mənzil almaq istəyən əməkdaşlar DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin Əsaslı Tikinti İdarəsinə müraciət edə bilərlər.
Qeyd edək ki, həmin bina daxili işlər orqanları əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa olunur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !