DİN süni intellektlə bağlı xəbərdarlıq edib

11:40 | 28.01.2025
DİN süni intellektlə bağlı xəbərdarlıq edib

DİN süni intellektlə bağlı xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi (DİN) süni intellektlə bağlı xəbərdarlıq edib. Bu barədə qurumdan bildirilib. 

"Süni intellekt texnologiyasından istifadə hallarının artdığı bir dövrdə kiberhücumlara məruzqalma halları müşahidə olunur. Etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatları üçüncü tərəflərə ötürə və nəticədə kiberdələduzların hücumlarını asanlaşdıra bilər. Süni intellektdən istifadə edərkən müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürmək eyni sonluqla nəticələnə bilər. Qeyd olunanları nəzərə alaraq bir daha çağırış edirik ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, süni intellekt xidmətlərindən istifadə edərkən fərdi məlumatlarını qarşı tərəfə ötürməkdən çəkinsinlər", - məlumatda deyilir. 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM